Paşinyan: "Ermənistan Azərbaycanla sülh danışıqlarını bərpa etmək istəyir"


“Ermənistan ATƏT-in Minsk Qrupu həmsədrlərinin bəyanatını alqışlayır və ən yüksək səviyyədə danışıqlarda iştirak etməyə hazırdır”.
Yeniavaz.com
xəbər verir ki, bunu hökumətin iclası zamanı Ermənistan Baş naziri Nikol Paşinyan deyib. O bildirib ki, Ermənistan Azərbaycanla sülh danışıqlarını bərpa etmək üçün konkret təkliflər gözləyir:
"Lakin belə bir prosesi beynəlxalq monitorinq mexanizmini işə salmadan təsəvvür etmək çətindir".
Xatırladaq ki, bundan əvvəl ATƏT-in Minsk Qrupunun həmsədrləri İrəvanı və Bakını heç bir şərt qoymadan danışıqlara başlamağa çağırmışdılar .

DİGƏR XƏBƏRLƏR

Top