Mingəçevirdə qanunsuz fəaliyyət göstərən sahibkarlara qarşı reyd keçirilib - FOTO


Mingəçevir Bələdiyyəsi  qanunsuz sahibkarlıq fəaliyəti ilə məşğul olanlara qarşı növbəti  reyd keçirib.
Reydin keçirilməsində əsas məqsəd Mingəçevirdəki sahil parkında qeyri-qanuni sahibkarlıq fəaliyyəti ilə məşğul olan, müqaviləsiz idman qurğuları, iaşə obyektləri və s. işlədən şəxslərə qanunsuz fəaliyyətərinin dayandırılması üçün xəbərdarlıq edilib. Əhalinin ən çox istirahət etdiyi sahil parkı qanunsuz olaraq bir neçə sahibkarlar tərəfindən zəbt edilib. Parkda piyadaların hərəkət etdiyi yerlərdə qanunsuz quraşdırılan idman qurğularının, kiçik iaşə obyektləri insanların hərəkətinə mane olur. Hətta elektirik naqilləri ağacların üzəri ilə aparılaraq daha təhlükəli mənzərə yaranıb. Qanunsuz quraşdırılan bəzi uşaq əyləncə qurğularının üzəri xüsusi örtüklərlə örtülərək daha səliqəsiz görkəm alıb. Həmin qurğuların sahibləri də üzə çıxmadı. Bəs görəsən, bu qanunsuz qurğulara elektirik xəttini hansı əsasla veriblər. Sakinlərin haqlı narazııqlarından biri də mənşəyi bilinməyən satılan qazlı sulardır. Bütün bunlara qarşı keçirilən reyddə obyekt sahiblərinə bir daha  xəbərdarlıq edilib. Bundan başqa sahil parkının məhəccərləri gəmi sürənlər tərəfindən kəsilərək öz işlərinə uyğun  quraşdırılıb və bu kəsilən məhəccərlərin sayı daha da artıb.
Məsələ ilə bağlı Yeniavaz.com-a məlumat verən Mingəçevir Bələdiyyəsinin sədri Ramiz Əliyev bildirdi ki, sahil parkında bir qrup vətəndaş əraziləri zəbt edərək qeyri qanuni olaraq idman qurğuları, ictimai-iaşə, ticarət avadanlıqları yerləşdirərək, sahibkarlıqla məşğul olurlar. Park Nazirlər Kabinetinin 8 iyul 2002-ci il tarixli,106 N-li qərarı ilə  bələdiyyənin mülkiyyətində olsa da  park əhalinin istirahət yeri oduğuna görə sahibkarlarla müqavilə bağlanmır. Sahil parkı əhalinin istirahəti üçün nəzərdə tutulub və burada kifayət qədər sakinlərin istirahəti üçün pulsuz idman qurğuları, uşaq əyləncə mərkəzi və digər oyun qurğuları var. Lakin qanunsuz fəaliyyət göstərən sahibkarlar səliqəsiz, eybəcər formada idman qurğuları və digər avadanlıqlar quraşdırıblar. Biz bu barədə onlarla dəfələrlə etdiyimiz söhbətlər nəticəsiz qaldığına görə hazırda parkda qanunsuz sahibkarlıq fəaliyyətini davam etdirən sahibkarların adlarını müəyyən edərək Mingəçevir şəhər Prokuroruna təqdim etmişik”.
Bu cür reydlər mütamadi olaraq davam etdiriləcək.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top