Qardaş ölkə indi də seldən əziyyət çəkir: Ölənlər var – VİDEO


Avqust ayının 11-də Türkiyədə Kastamonu vilayətinin Bozkurt rayonunda meydana gələn sel dağıntılara səbəb olub.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadla xəbər verir ki, dərə yatağında yerləşən bir çox yaşayış binası çöküb, selə düşən iki nəfər dünyasını dəyişib.
Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Halın idarəolunması başqanlığının (AFAD) əməkdaşları dərhal hadisə yerinə cəlb olunub və axtarış xilasetmə işləri başladılıb.
Yağıntılı hava şəraiti Bartın və Sinop vilayətlərində də selin meydana gəlməsinə səbəb olub. Bartında selə düşən bir nəfərin axtarış işləri davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top