Rusiyada helikopter qəzaya uğrayıb, 8 nəfər ölüb – VİDEO


Rusiya Federasiyasının Kamçatka diyarında helikopter qəzaya uğrayıb.
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, qəza nəticəsində 8 nəfər dünyasını dəyişib.
Mətbuat orqanı bildirir ki, "Vityaz-Aero" şirkətinə məxsus “Mi-8” vertolyotu Kronotski Təbiət Qoruğunun ərazisində yerləşən Kuril gölünə sərt eniş edib. İlkin məlumata görə, təyyarədə 3 ekipaj üzvü və 13 sərnişin olub.
Əraziyə Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin 45 əməkdaşı cəlb olunub, axtarış xilasetmə işləri davam edir.
Qeyd olunur ki, qəzaya uğrayan vertolyot yola düşməzdən əvvəl texniki yoxlanışdan keçirilib.

DİGƏR XƏBƏRLƏR

Top