
Prezident İlham Əliyevin sərəncamı ilə Zaur Aydın oğlu Qurbanov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti təyin edilib.
Yeniavaz.com xəbər verir ki, Z.Qurbanov Prezident İlham Əliyevin 7 avqust 2020-ci il tarixli fərmanı ilə yaradılan Azərbaycan İnvestisiya Holdinqində Baş icraçı direktorun müavini olub.
Zaur Qurbanov buna qədər beynəlxalq audit şirkəti olan “Ernst & Young” şirkətinin Azərbaycandakı törəməsində vergi direktoru kimi çalışırıb.
O, bunlardan əvvəl Amerika Ticarət Palatasının təsisçi üzvlərindən biri olan EY şirkətinin Vergi və hüquq şöbəsinin meneceri kimi çalışıb.
 
                             
                     Tətbiqimizi yükləyə bilərsiniz
                    Tətbiqimizi yükləyə bilərsiniz
                