Azərbaycanda 5,5 milyondan çox insana vaksin vurulub


Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 65269 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yeniavaz.com-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 43380, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 21889 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 5543311, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3243487, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2299824 təşkil edir.

DİGƏR XƏBƏRLƏR

Top