
Almaniya Federal Prokurorluğu Rusiyaya casusluq etdiyi iddiası ilə İngiltərə vətəndaşını saxlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb. Bildirilib ki, Almaniyanın paytaxtı Berlində İngiltərə səfirliyinin işçisi David S. adlı şəxs pul müqabilində Rusiya hökumətinə casusluq edib. Bu səbəblə saxlanılan səfirlik əməkdaşının hakim qarşısına çıxarılacağı deyilib.
Əməliyyatın İngiltərə rəsmilərinin məlumatı və dəstəyi ilə həyata keçirildiyi vurğulanıb.