XİN-dən keçmiş səfirin sözləri barədə AÇIQLAMA


Azərbaycanın Belarus, Moldova və Pakistanda fövqəladə və səlahiyyətli səfiri kimi çalışmış eyni zamanda, BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi olmuş İsfəndiyar Vahabzadə Rusiya Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovskini təhqir edib.

Sabiq səfirin sözləri Rusiyada qalmaqala səbəb olub.
Məsələ barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva oxu.az-a açıqlamasında bildirib ki, İsfəndiyar Vahabzadə fəaliyyətində olan nöqsanlarına görə dövlət başçısı tərəfindən 2016-cı ildə səfir vəzifəsindən azad edilib:
“Belə olduğu təqdirdə, Xarici İşlər Nazirliyi və ya digər dövlət orqanını təmsil etmədiyi üçün XİN olaraq onun fikirlərini şərh etməyimiz düzgün olmazdı”.

DİGƏR XƏBƏRLƏR

Top