Özünü Kürə atan qadın xilas edildi


Mingəçevirdə qadın özünü Kür çayına atıb.

Yeniavaz.com xəbər verir ki, hadisə şəhərin Sahil parkı ərazisində baş verib. İntihar məqsədilə özünü Kür çayına atan orta yaşlı qadın ərazidə olan qayıqçı tərəfinfən xilas edilib. Sahilə çıxarılan qadın həkim briqadasına təhvil verilib. Onun Tərtər rayonunun Cəmilli kənd sakini, 1966-cı il təvəllüdlü Həşimova Sveta Yusif qızı olduğu məlum olub.
İntihara cəhdin səbəbi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top