ABŞ-lı senatorlar "Bayraktar"ın istehsalının dayandırılmasını tələb etdi


ABŞ Konqresində 27 senator, Türkiyədə istehsal edilən silahlı pilotsuz uçan aparatların istehsalının dayandırılmasını tələb edib.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadla xəbər verir ki, senatorlar bu barədə hazırladıqları məktubu dövlət katibi Antoni Blinkenə təqdib ediblər. Məktubda PUA istehsalının dayandırılması üçün Türkiyəyə təzyiq göstərilməsi tələb olunur. Senatorlar PUA-ların bölgədə sabitliyi pozduğunu bildirirlər.
Xatırladaq ki, Türkiyə istesalı PUA-lar İkinci Qarabağ müharibəsində bölgədə təxribatlar törədən, sabitliyi pozan Ermənistana qarşı istifadə olunmuşdu.

DİGƏR XƏBƏRLƏR

Top