Yoluxmanın artması ilə panikaya düşənlər həkim tövsiyəsini mütləq oxusunlar


"Son günlər yeni növ koronavirusa yoluxma hallarının sayının artması insanlarda panika yaradıb. Panikanı aradan qaldırmaq və maariflənirmə məqsədi ilə bir neçə nüansı qeyd edirəm".

Yeniavaz.com xəbər verir ki, bunu ATU-nun Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq Aydın Əliyev deyib.
Həmin nüansları təqdim edirik:
1. Əsas olan yoluxma sayının artması yox, ağırlaşma hallarının sayıdır. Məsələn, hər il dünyada təqribən 1 milyarda yaxın insan qrip virusuna yoluxur. Bəs niyə qrip xəstəliyinə görə karantin tətbiq edilmir? Çünki, qrip xəstəliyi təqribən 95-99% hallarda yüngül keçirilir. Demək ki, əsas yoluxma sayı yox, ağırlaşma faizidir.
2. Yəni son günlərdə olan yoluxma sayının içərisində ağırlaşma faizinə baxmaq lazımdır. Əgər yeni yoluxanlar arasında xəstəliyi ağır keçirənlərin faizi aşağıdırsa heç bir panikaya əsas yoxdur!
3. Niyə rəsmi, aidiyyatlı qurumlar bu faizi açıqlamır? Məqsəd nədir? Bax burda şübhəli məqamlar var.
4. Yeni yoluxanların və ağırlaşanların arasında peyvənd edilənlərin sayı çox azdır!
5. Deməli peyvənd yoluxmanı və yoluxarkən ağırlaşmanı çox azaldır!
6. Nə qədər çox peyvənd edilsək yoluxma da bir o qədər azalacaq!
7. Peyvənd edilək, sağlam qalaq!
8. Yeni yoluxanlar arasında saxta peyvənd pasportu alanların da sayı çoxdur!
9. Saxta peyvənd pasportu almayın! Bu həm sizə, həm də cəmiyyətə zərərlidir!
10. Bütün viruslar mutasiya etdikcə zəifləyir insanla yaşamağa məcbur olur!
11. Qorxmayın! Koronavirus da mutasiya edərək zəifləyir! Ən yaxın gələcəkdə koronavirus adiləşəcək!

DİGƏR XƏBƏRLƏR

Top