Türkiyədə yağış güclü selə səbəb oldu – Bir nəfər öldü – VİDEO


Türkiyənin Bartın şəhərini sel basıb.

Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Bartın şəhərindəki sel səbəbilə körpülər və yollar çöküb, bəzi ərazilərdə torpaq sürüşmələri baş verib. Evi dağılan 80 yaşlı qadını sel suları aparıb. Yaşlı qadın axtarılırkən, başqa bir Türkiyə vətəndaşının isə sel zamanı infarkt keçirərək öldüyü bildirilib.
Hazırda xilasetmə işləri davam edir.

DİGƏR XƏBƏRLƏR

Top