Şoyqu: "Özbəkistan və Tacikistanla sərhəd "Taliban"nın nəzarətindədir"


Rusiyanın müdafiə naziri Sergey Şoyqu Əfqanıstanda hökumətlə “Taliban” arasında gedən müharibədən danışıb.
Yeniavaz.com xəbər verir ki, o, silhalı qruplaşmanın sürətlə irəlilədiyini bildirib.
"Özbəkistan və Tacikistanla sərhəd də “Taliban” tərəfindən nəzarət altına alınıb. Onlar ötən gün Kunduzu ələ keçirib. Əgər məlumatınız varsa, Kunduz olduqca böyük və ciddi bir mərkəzi şəhərdir", - rusliyalı nazir bildirib.
Şoyqu həmçinin qeyd edib ki, “Taliban” liderləri qonşu ərazilərə hücum etmək üçün heç bir cəhd göstərməyəcəkləri barədə vəd veriblər.

DİGƏR XƏBƏRLƏR

Top