Litvada peyvəndə görə iğtişaşlar başladı – saxlanılanlar var


Litva Seyminin binası yaxınlığında başlayan iğtişaşlarda 20-dən çox adam saxlanılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Etiraz aksiyasında iştirak edən 26 nəfər həbs olunduğu bildirilib. 10-a yaxın polis yaralanıb. 5 mindən çox etirazçının qatıldığı aksiya səbəbilə araşdırma başladılıb.
Qeyd edək ki, Litvada etirazçılar peyvənd edilməyənlərin hüquqlarının məhdudlaşdırılmasına qarşı çıxırlar.

DİGƏR XƏBƏRLƏR

Top