Aİ vaksinasiya üçün Azərbaycana maliyyə dəstəyi ayırır


Avropa Komissiyası tərəfdaş ölkələrdə koronavirusa qarşı peyvəndlənmənin dəstəklənməsi ilə bağlı Avropa İttifaqının səyləri çərçivəsində "Şərq tərəfdaşlığı" ölkələrində vaksinasiya kampaniyalarının sürətləndirilməsi məqsədilə yardım paketinin artırılmasını təsdiqləyib.

Bu barədə Avropa Komissiyası məlumat yayıb.

Qeyd olunur ki, Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna və Ermənistana təqdim olunan məbləğ 40 milyon avrodan 75 milyon avroyadək artırılıb.

Yeni yardım paketi vasitəsilə "Şərq tərəfdaşlığı" ölkələrinin vaksinlərə çıxış imkanlarının genişləndirilməsi, Aİ üzv ölkələri arasında vaksin mübadiləsinin asanlaşdırılması və vaksinlərin əldə olunması üçün xərclərin qarşılanması planlaşdırılır. //Trend

DİGƏR XƏBƏRLƏR

Top