"Belə olsa, hökumətlərin başqa çarəsi qalmayacaq"


Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı yüksək yoluxma göstəriciləri fonunda qapanmaların mümkünlüyündən danışıb.

Yeniavaz.com xəbər verir ki, o, REAL-a müsahibəsində bildirib ki, əgər çox sayda insan yoluxarsa, çox sayda insanın xəstəxanaya yerləşdirilməsi zərurəti yaranarsa və xəstəxanalar dolarsa, hökumətlərin başqa çarəsi olmayacaq.

“Bu, təkcə Azərbaycan yox, dünyada belədir. O sürəti azaltmağa məcburuq. Bunun da çarəsi mümkün qədər insanların bir araya gəlməsini mümkün qədər azaltmaqdır. Biz ÜST olaraq bunların hamısının edilməsinin tərəfdarıyıq. Yəni məsafə, əl gigiyenası, respirator gigiyena və peyvənd zəruridir”.

DİGƏR XƏBƏRLƏR

Top