Ukraynadan Rusiya ilə gərginliyi artıracaq daha bir addım


Ukrayna ölkə ərazisində hava hücumundan müdafiə sistemlərinin yerləşdirilməsi üçün ABŞ-a çağırış edib.
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, bu barədə Ukrayna hökuməti məlumat yayıb. Ukrayna baş nazirinin müavini Aleksey Reznikov ABŞ hava hücumundan müdafiə sistemlərinin ölkə ərazisində yerləşdirilməsi üçün addımların atılmasının vacib olduğunu vurğulayıb: “Ukrayna üçün təhlükəsizlik paketini genişləndirmək vacibdir. Hər şeydən əvvəl ABŞ-ın hava hücumundan müdafiə sistemləri ölkədə yerləşdirilməlidir. Hətta ABŞ-ın hərbi birliklərinin gətirilməsi məsələsi müzakirə olunmalıdır. Qanunvericiliyimiz buna imkan verir".

DİGƏR XƏBƏRLƏR

Top