Almaniyanın məşhur "Bild" qəzeti Lukaşenkonu dövlət terrorçusu adlandırdı


"Aleksandr Lukaşenko Avropanın son diktatorudur və xalqını ən böyük tənqidçilərinin təsəvvür edə biləcəyindən daha pis şəkildə qorxudur!"
Yeniavaz.com xəbər verir ki, bu ifadələr Almaniyanın məşhur “Bild” qəzetində yer alıb. Məqalədə Belarusda keçirilən prezident seçkilərinin saxta olmasından və ölkənin prezidenti Aleksandr Lukaşenkonun xalq üçün təhlükə törətdiyindən bəhs olunur: "Düz bir il əvvəl, Belarusda yüz minlərlə insan uydurma prezident seçkilərinə qarşı küçələrə çıxdı. Lakin diktator Aleksandr Lukaşenko xüsusi təyinatlı qüvvələri, polisi, ordunu və mülki geyimli quldurları küçələrə çıxararaq öz xalqına amansızcasına cavab verdi. Bu günə qədər 6000 adam həbs edilib, bəzilərinə əlil olana qədər işgəncə verildi və ən azı iki nəfər öldürüldü”.
Yazının davamında Avropa ölkələrinin Belarusa qarşı tətbiq etdikləri sanksiyalara və Lukaşenkonun Qərb ölkələri tərəfindən sıxışdırılması məsələlərinə toxunulub.

DİGƏR XƏBƏRLƏR

Top