Litvadan Belarusla bağlı yeni qərar – 178 milyon dollar ayrıldı


Litva Belarusla sərhədə 500 kilometrdən çox uzunluğa sahib divar inşa edəcək.
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, həmin divarın inşasının 1 il ərzində tamamlanacağı bildirilib. Buna görə, 178 milyon 322 min 600 dollar ayrılıb. Bu barədə ölkənin daxili işlər naziri Aqne Bilotayte jurnalistlərə açıqlamasında deyib:
"Fiziki maneə olmadan sərhədlərin ciddi qorunmasını təmin etmək mümkün deyil. Bu səbəblə yeni qanun qəbul edərək, hasarın bir ilə tamamlanmasını təmin etmək niyyətindəyik”.
Qeyd edək ki, Belarusla sərhəddə Litvanın tikəcəyi divarın hündürlüyü 4 metr olacaq. Onun üzərində isə 3 metr tikanlı məftil yerləşdiriləcək.

 

DİGƏR XƏBƏRLƏR

Top