
"Qanun onu demir ki, küçənin bu başına bir kamera qoy yoldan keçəni, keçməyəni, hamını cərimələ".
Yeniavaz.com xəbər verir ki, bunu “ATV xəbər”ə açıqlamasında nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib.
Ekspert bildirib ki, qanuna görə, bu gün dayanma-durma qaydalarının pozulmasına görə kameralar vasitəsi ilə yox şəxs gəlib yolda planşet vasitəsi ilə bir neçə rakursdan avtomobilin şəklini çəkib cərimə tətbiq etməlidir: "Həmin protokol avtomobilin qabaq alın şüşəsinə qoyulmalıdır və sürücüyə cərimə olunması haqqında mesaj göndərilməlidir. Bakı Nəqliyyat Agentliyi rəhbərliyi ilə bizim danışığımız olub ki, biz, bəzi küçələrdə 5-10 dəqiqə vaxt vermişik. Şəxsən mənim başıma gəlib. 30 saniyəyə cərimələnmişəm".