AFFA-dan millimizin inzibatçısının intiharı ilə bağlı AÇIQLAMA + YENİLƏNİB


Mirzəyev Ramal 17 yaşadək qızlardan ibarət yığma komanda da çalışıb.
Bunu AFFA-nın Mətbuat və İctimaətlə Əlaqələr şöbəsinin müdiri Firuz Abdulla Yeniavaz.com-a açıqlamasında deyib. F.Abdulla bildirib ki, Ramal Mirzəyev mülki müqavilə əsasında futbol üzrə 17 yaşlı qızlardan ibarət milli komanda da işləyib: "O toplanış vaxtı işləyib. Ramal Mirzəyev komandanın paltar təchizatı ilə məşğul olub. Hadisə toplanış vaxtı olmayıb".   

***12:45
Bakıda intihar hadisəsi qeydə alınıb.

Bu barədə Yeniavaz.com-un sorğusuna cavab olaraq Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, avqusun 8-i gecə saatlarında Xətai rayon sakini, 1991-ci il təvəllüdlü Mirzəyev Ramal Rafiq oğlu yaşadığı mənzildə özünü asaraq intihar edib.
Faktla bağlı Xətai rayon prokurorluğunda araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top