Mingəçevirdə sahibsiz itlər artıb - FOTO


Mingəçevir sakinləri şəhərdə sahibsiz itlərin günbəgün artmasından şikayətçidir.
Yeniavaz.com-a müraciət edən şəhər sakinləri itlərin bir neçə dəfə onlara hücum etdiyini bildiriblər.
Daha çox şəhərin sahil parkı ərazisində dolaşan itlərin gəzintiyə gələn sakinlərə təhlükə yaratdıqlarını bildirirlər. İtlər yoldan keçən avtomobillər üçü də təhlükə mənbəyidirlər. Şəhər sakinləri onu da bildirirlər ki, havalar soyuyan kimi sahibsiz itlər binaların zirzəmilərinə dolurlar. Bununla bağlı aidiyyəti qurumlara xəbər verilib. Lakin itləri zərərsizləşdirib bir məkana toplayan bir qurum olmadığına görə problem həll olunmur. Məktəb yaşlı uşaqların valideyinləri də narahatdır. Yeni tədris ilinin balamasına az qalıb. Bu kimi problemlər vaxtında tapmalıdır ki, onlar övladlarını rahat məktəbə göndərə bilsinlər.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top