Həbsxanaya çayın içində narkotik keçirmək istəyən şəxs ələ keçdi - FOTO


Cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar xidmətdən Yeniavaz.com-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən təqsirli bilinərək altı il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Əbülfət Böyükağa oğlu Həsənova vətəndaş Elnur Aydın oğlu Həsənov tərəfindən gətirilmiş sovqata baxış keçirilib.
Bu zaman orada olan çay qutusunun içərisində gizlədilmiş bir ədəd sellofan bükülüdə ümumi çəkisi 2,189 qram olan narkotik maddə - tiryək aşkar edilib.

DİGƏR XƏBƏRLƏR

Top