Həlak olan hərbi qulluqçu dəfn edildi - YENİLƏNİB


Azərbaycan Silahlı Qüvvələrinin həlak olan hərbi qulluqçusu Oğuzda dəfn edilib.

Yeniavaz.com "report"a istinadən xəbər verir ki, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin poliqonunda keçirilən döyüş atışlı məşğələ zamanı bədbəxt hadisə nəticəsində həlak olan leytenant İlqar Rüfət oğlu Babayev rayonun Calut kənd qəbiristanlığında torpağa tapşırılıb.
Allah rəhmət eləsin!
Qeyd edək ki, R.Babayevin dayısı 1978-ci il təvəllüdlü Saməddin Əmrahov da Vətən müharibəsində Murovdağ-Kəlbəcər istiqamətində gedən döyüşlərdə şəhid olub.


***11:00
Avqustun 9-u səhər saatlarında Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin poliqonunda keçirilən döyüş atışlı məşğələ zamanı bədbəxt hadisə nəticəsində həlak olan leytenant İlqar Rüfət oğlu Babayevin nəşi doğulduğu Oğuz rayonunun Calut kəndinə gətirilib.

Yeniavaz.com "report"a istinadən xəbər verir ki,1999-cu il təvəllüdlü, İ.Babayevlə yaşadığı evdə vida mərasimi keçirilir.
Daha sonra zabitin nəşi kənd qəbiristanlığında torpağa tapşırılacaq.
Vida mərasimində Oğuz Rayon İcra Hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları və rayon sakinləri iştirak edirlər.

DİGƏR XƏBƏRLƏR

Top