DİN: “Gözəllik salonlarında arıqlama dərmanı adı altında “patı” satılır” - VİDEO


Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, bəzi gözəllik salonlarında arıqlama dərmanı adı altında qadınlara “patı” satılır.
Yeniavaz.com xəbər verir ki, DİN rəsmisi bunu “ARB 24”ün “Gündəm” verilişinə açıqlamasında deyib:
 “Gözəllik salonlarında bu hal müşahidə edilib. Aşkarlanan faktlarla bağlı tədbir görülüb və qarşısı alınıb. Həmin şəxslər məsuliyyətə cəlb olunublar. Onlar maddənin çəki azaltmaqda təsiri olduğunu desələr də, onun narkotik vasitə olmasını söyləmirlər”.
E.Hacıyev valideynləri də diqqətli olmağa səsləyib:
“Valideynlər övladlarının xarakterində, hərəkətlərində dəyişiklik müşahidə etdikdə, onu müvafiq qaydada yoxlatdırsın. İmkan olmasa, çətinlik çəksələr, dövlət qurumlarına müraciət etsinlər. Dövlət qurumları tərəfindən zəruri köməkliklər göstəriləcək”. 

DİGƏR XƏBƏRLƏR

Top