Bakıda dezinfeksiya tədbirlərinin qrafiki - YENİLƏNİB

Bu gün Bakının Binəqədi və Nərimanov rayonlarında dezinfeksiya tədbirləri həyata keçirilir.

Bununla bağlı Yeniavaz.com-a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib. 

Bildirilib ki, Binəqədi rayonunda dezinfeksiya tədbirləri saat 10-da, Nərimanov rayonunda isə saat 11-də başlanılıb. 

Məlumatlara görə, avqustun 11-də Xətai və Sabunçu rayonlarında, avqustun 12-də Sabunçu və Suraxanı rayonlarında, avqustun 13-də Yasamal və Qaradağ rayonlarında, avqustun 15-də isə Xəzər rayonunda koronavirus əleyhinə dezinfeksiya tədbirləri keçiriləcək.


***09:40
Azərbaycanda koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirlərinin gücləndirilməsi ilə bağlı ölkə rəhbərliyinin tapşırıq və göstərişlərinə uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda pandemiyaya qarşı tədbirlər genişləndirilib, ümumşəhər dezinfeksiya həftəsi elan edilib.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Yeniavaz.com-a verilən məlumata görə, son günlərdə ölkə ərazisində koronavirus pandemiyası ilə bağlı mövcud vəziyyət və xəstəliyə yoluxanların sayında artım nəzərə alınaraq paytaxt Bakı şəhərinin bütün rayonlarında Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən yaşayış binalarında, lift kabinalarında, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında gündəlik tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri aparılır. Ilkin olaraq dezinfeksiya tədbirlərinə Səbail və Nəsimi rayonlarında başlanılıb.
Həftə sonu isə paytaxtdakı əsas küçə, prospekt və yollarda genişmiqyaslı dezinfeksiya tədbirlərinin aparılması planlaşdırılmışdır.
Bildirilib ki, geniş dezinfeksiya tədbirlərinin keçirilməsində əsas məqsəd vətəndaşlarımızı bu pandemiyadan qorumaqdır. Vətəndaşlarımızdan bir daha xahiş olunur ki, koronavirusun daha çox yayılmasına imkan verməmək üçün karantin qaydalarına ciddi riayət etsinlər.

DİGƏR XƏBƏRLƏR

Top