Türkiyədə baş verən meşə yanğınlarının 235-i söndürülüb


"Türkiyədə 240 yerdə başlayan yanğınların 235-i söndürülüb, digər yanğınlar isə nəzarət altındadır".

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında fövqəladə hallar nazirin müavini, general-leytenant Etibar Mirzəyev deyib.

Nazir müavini bildirib ki, onlardan üçünü istisna etməklə digərləri nəzarət altındadır: "Hazırda biz Köyceğiz rayonunda Pınar, Karayer, Kabakça, Çayhisar kəndləri bizim yanğınsöndürənlər tərəfindən mühafizə olunur. Mühafizə zolağı 11 km ərazini əhatə edir. 100 nəfərlik heyətimiz yanğınların soyudulması işlərini həyata keçirir".

E. Mirzəyev qeyd edib ki, hazırda Azərbaycan Fövqəladə Hallar Nazirliyinin 743 nəfər yanğınsöndürəni, mülki müdafiə və xüsusi təyinatlı əməkdaşı qardaş ölkədə fəaliyyətini davam etdirir.

DİGƏR XƏBƏRLƏR

Top