
ABŞ Hərbi Hava Qüvvələrinin iki hərbi təyyarəsi təlimlərdə iştirak etmək üçün bir qrup xüsusi təyinatlıları Ukraynaya gətirib.
Yeniavaz.com “TASS”a istinadla xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb:
"Xüsusi təyinatlı qüvvələrinin 352-ci qanadının hərbçiləri ukraynalı həmkarları ilə birgə təlimlər keçirmək üçün iki MS-130 hərbi təyyarəsi ilə Ukraynaya gəliblər. Təxminən bir ay davam edəcək təlimin məqsədi ölkələr arasında qarşılıqlı əməkdaşlıq məsələlərini artırmaqdır”.