Ermənistanda hərbi kəşfiyyata yeni rəis təyin edildi


Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinə rəis, Baş Qərargaha isə rəis müavini təyin edilib.
Yeniavaz.com
 “news.am”a istinadla xəbər verir ki, general-mayor Araik Arutyunyan Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının Kəşfiyyat İdarəsinin sədri və Silahlı Qüvvələrin Baş Qərargahının rəis müavini təyin olunub. 
Araik Arutyunyan eyni zamanda 2-ci ordu korpusunun komandiri vəzifəsindən azad edilib. Bununla yanaşı, Vaqram Qriqoryan 2-ci ordu korpusunun komandiri təyin olunub. 

 

DİGƏR XƏBƏRLƏR

Top