Bu gün Azərbaycanda 511 nəfərə koronavirusa qarşı peyvənd vurulub


Azərbaycanda bu gün 511 nəfər vaksinasiya olunub.

Yeniavaz.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 271, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 240 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 5 418 754, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 3 160 755, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 2 257 999 nəfər təşkil edir.

DİGƏR XƏBƏRLƏR

Top