Qonşu ölkədə karantin rejimi sərtləşdirildi


Gürcüstan koronavirus pandemiyası ilə əlaqədar ölkədə tətbiq olunan məhdudiyyətləri sərtləşdirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Sputnik Georgia” məlumat yayıb. Bildirilib ki,  sabahdan etibarən ölkədə açıq  havada  maska ​​məcburiyyəti yenidən qüvvəyə minir. Bu barədə Gürcüstanın koordinasiya qərargahının toplantısında qərar qəbul edilib:
"Avqustun 10-dan etibarən, beş nəfərdən çox adamın toplaşdığı açıq yerlərdə maska ​​taxmaq məcburi olur. Bu qərar epidemiya vəziyyətinin kəskin pisləşməsi ilə əlaqədar olaraq şura tərəfindən qəbul edilib”.
Qeyd edək ki, Gürcüstanda son sutkada 2 min 236 nəfər koronavirusa yoluxub, 44 nəfər isə dünyasını dəyişib. Ümumilikdə isə həmin ölkədə bu günə qədər 450 min 149 nəfər koronavirusa yoluxub, 6 min 128 nəfər isə ölüb.


 

DİGƏR XƏBƏRLƏR

Top