İranın yeni prezidenti nüvə razılaşmasından çəkiləcək? - AÇIQLAMA


İranda yeni hökumətin nüvə razılaşmaları ilə bağlı danışıqlara davam edib-etməyəcəyi açıqlanıb.
Yeniavaz.com
“Fars” xəbər agentliyinə istinadla xəbər verir ki, rəsmi Tehran yeni prezident İbrahim Rəisinin nüvə razılaşması ilə bağlı danışıqları tərk etməyəcəyini açıqlayıb. Bu barədə İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xatibzadə bildirib:
"Biz Vyanadakı danışıqları heç vaxt tərk etməyəcəyik. İranda demokratik bir hökumət dəyişikliyi baş verir və bu dəyişikliklər sadəcə icra orqanlarının tərkibində müxtəlif dəyişiklikləri əhatə edir”.
Xatırladaq ki, Rəisi iyunun 18-də İranda keçirilən prezident seçkilərində 48,8 faiz səs toplayaraq qalib gəlmişdi.

 

DİGƏR XƏBƏRLƏR

Top