Belarusda yenidən kütləvi iğtişaşlar başlayır? – Tixanovskayadan açıqlama


Belarus müxalifətinin lideri, prezidentliyə keçmiş namizəd Svetlana Tixanovskaya ölkədə yenidən iğtişaşların olub-olmayacağı barədə danışıb.
Yeniavaz.com
xəbər verir ki, Tixanovskaya bu barədə Almaniyanın DPA agentliyinə müsahibəsində deyib. O bildirib ki, Belarusda keçirilən mitinqlər insanların həyatı üçün təhlükəlidir: "Hələlik mitinq keçirməyəcəyik. İnsanlar illərlə həbsxanada saxlanıla bilər. Vətəndaşlarımızın təhlükəsizliyi hər şeydən əvvəldir. Ancaq, tərəfdarlarımız etiraz aksiyalarına hazır olmalıdır".
Xatırladaq ki, Belarusda 9 avqust 2020-ci ildə keçirilən prezident seçkilərindən sonra ölkədə iğtişaşlar başlamışdı. Bir neçə ay davam edən mitinqlərə milyonlarla insan qatılmışdı.

DİGƏR XƏBƏRLƏR

Top