
Roma yaxınlığında bir poçtda Papa Françisə ünvanlanan içərisində üç güllə olan bir zərf aşkar edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Corriere della Sera” qəzeti məlumat yayıb.
Zərfdə Vatikandakı maliyyə əməliyyatları ilə bağlı bir mesajın da olduğu bildirilib.
Hadisə ilə bağlı ölkə polisi istintaqa başlayıb.