"Taliban" hücum edərək jurnalisti öldürdü, digərini isə girov götürdü


"Taliban" silahlıları Əfqanıstanda bir jurnalisti öldürüb, başqa birini isə girov götürüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Əfqanıstanın “Khaama Press” agentliyi məlumat yayıb. Bildirilib ki, “Taliban” silahlıları Paktia əyalətindəki “Paktia Ghag” radiostansiyasının baş redaktoru Tufan Omarini Kabildə hücum edərək öldürüb. Xost əyalətindəki “Boost” radiostansiyasının baş redaktoru Nimatullah Hematı isə girov götürüblər.
Xatırladaq ki, bu ilin may ayında “Taliban” əfqanıstanlı jurnalistləri təhdid edib. Hərəkatın rəsmi nümayəndəsi Zabihullah Mücahid öz tvitter hesabında Əfqanıstan mediasının və jurnalistlərinin ölkədəki hadisələri birtərəfli işıqlandırdıqlarını bildirib. Bu ilin ilk yarısında “Taliban” 8-i qadın olmaqla ən azı 20 media işçisini öldürüb.
 

DİGƏR XƏBƏRLƏR

Top