"Barselona"nın üzvləri Messinin PSJ-yə keçidini əngəlləmək istəyir


"Barselona"nın üzvləri PSJ-yə transfer olması gözlənilən Messinin keçidinin qarşısını almaq istəyirlər.

Yeniavaz.com “Marca” nəşrinə istinadən xəbər verir ki, katalonlar Avropa komissiyasına şikayət ediblər. Sənəddə Paris təmsilçisinin maddi vəziyyəti və klubun maliyyə feyr-pley qaydalarını pozması ehtimalı haqqında məlumat verilib.
Bildirilib ki, 2019/2020 mövsümündə PSJ-nin gəlirinin 99 faizi maaşlara xərclənib, Kataloniya klubunda isə bu rəqəm 54 faizdir: "Barselona"nın prezidenti Joan Laporta Lionel Messi maaşını azaltmağa razı olsa da, La Liqanın əmək haqqı üçün müəyyən etdiyi tələblər ucbatından onunla müqaviləni yeniləyə bilməyib".
Xatırladaq ki, "Barselona" avqustun 5-də Lionel Messi ilə yollarını ayırıb.\

DİGƏR XƏBƏRLƏR

Top