
Mingəçevir şəhəri yaxınlığında, Mingəçevir su anbarında 3 nəfərin qayıqda köməksiz vəziyyətdə qalması (hava şəraitinin pisləşməsi və suyun dalğalı olması ilə əlaqədar olaraq) barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat daxil olub.
Yeniavaz.com xəbər verir ki, xilasetmə məntəqəsindən təxminən 5 kilometr aralı, nəzarətsiz ərazidə içərisində 3 nəfərin olduğu qayıq nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri tərəfindən yedəyə alınaraq sahilə çıxarılıb.
Esmira Hidayətova, Mingəçevir
Tətbiqimizi yükləyə bilərsiniz