Erməni silahlı bölmələri oktyabr ayında atəşkəs rejimini 628 dəfə pozub

Erməni silahlı bölmələri oktyabr ərzində cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini 628 dəfə pozub. Atəşkəs rejimi ən çox oktyabrın 31-də pozulub. Həmin gün erməni silahlı bölmələri atəşkəsi 45 dəfə pozub. Oktyabrın 5-də axşam saatlarında qoşunların qarşıdurma xəttində Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycanın mövqelərini atəşə tutması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu əsgər Məmmədov Sahil Sabir oğlu şəhid olub. Bu müddət ərzində, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində iki monitorinq keçirilib, monitorinqlər insidentsiz başa çatıb.

Report

DİGƏR XƏBƏRLƏR

Top