Millət vəkili Etibar Əliyevin sosial şəbəkələrdə yazdığı şərh ciddi müzakirələrə səbəb olub.
Yeniavaz.com xəbər verir ki, E. Əliyev Millət vəkili Fazil Mustafanın feysbukda yazdığı posta şərh yazıb və onun fikirlərini dəstəklədiyini bildirib. Lakin Millət vəkilinin şərhi yazarkən seçdiyi üslub istifadəçilər tərəfindən birmənalı qarşılanmayıb və tənqid edilib.
Sözügedən şərhin məzmunu belədir:
“Təşəkkürlər, Fazil bəy! Bir qrup adam var, ala qancıq tayadan düşməmiş düşürlər deputatların üstünə. Elə bil ki, deputatın bunların qarşısında öhdəliyi var. Olmayan ağılları, olmayan əxlaqları ilə bizə dərs keçməyə çalışırlar”.
Qeyd edək ki, F. Mustafa Milli Məclisin sədri Sahibə Qafarovanın İran prezidenti ilə görüşü zamanı çəkilən fotonun müzakirələrə səbəb olmasına münasibət bildirmişdi. Fotoda Azərbaycan bayrağının olmaması müzakirələrə səbəb olmuşdu.