
Ermənistan Silahlı Qüvvələrinin zabiti və onun hamilə həyat yoldaşı Gümrü şəhərində yerləşən evlərin birində qumbara partlaması nəticəsində ölüb.
Yeniavaz.com "sputnik armenia"ya istinadla xəbər verir ki, hadisə ötən gün - avqustun 7-də baş verib.
Hüquq-mühafizə orqanları 35 yaşlı hərbçinin və 29 yaşlı hamilə həyat yoldaşının öldüyü yerdən qumbara qalıqları tapıblar.
Partlayışla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Tətbiqimizi yükləyə bilərsiniz