Tokio-2020 Yay Olimpiya Oyunları başa çatdı - VİDEO


Tokio-2020 Yay Olimpiya Oyunlarının bağlanış mərasimi keçirilib.
Yeniavaz.com
xəbər verir ki, olimpiadanın rəsmi himni səsləndirildikdən sonra olimpiya bayrağı endirilərək, yarışın növbəti təşkilatçı ölkəsi olan Fransanın nümayəndəsinə təqdim olunub. Ardınca isə Paris-2024 Yay Olimpiya Oyunlarının tanıtım videosu yayımlanıb.
Sonda isə olimpiya məşəli söndürülüb və bununla da yarışa yekun vurulub.

***15:10
Tokio-2020 Yay Olimpiya Oyunlarının bağlanış mərasimi başlayıb.
Yeniavaz.com
xəbər verir ki, Yaponiya Milli Stadionunda Bakı vaxtı ilə saat 15:00-da start götürən tədbir koronavirus pandemiyası səbəbindən azarkeşsiz keçirilir.
Qeyd edək ki, Azərbaycan Tokio-2020-də 3 gümüş, 4 bürünc medal əldə edib.

 

DİGƏR XƏBƏRLƏR

Top