Zakir Həsənov Qarabağda tikintisi davam edən hərbi hissələrdə olub - VİDEO


Silahlı Qüvvələrin Ali Baş Komandanının tapşırığının icrası ilə əlaqədar Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Kəlbəcər və Laçın rayonlarında tikintisi davam edən bir neçə hərbi hissədə olublar.
Bu barədə Yeniavaz.com-a Müdafiə Nazirliyindən bildirilib.
Tikinti işlərinin gedişatını yoxlayan Müdafiə naziri inşaatın keyfiyyətli aparılması və vaxtında başa çatdırılması ilə əlaqədar müvafiq tapşırıqlar verib.

DİGƏR XƏBƏRLƏR

Top