Cəlilabadda gəlin maşını qəzaya düşdü - gəlin xəsarət aldı


Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Yeniavaz.com Report-a istinadən xəbər verir ki, hadisə yeni Ələt-Astara avtomobil yolunun rayonun Göytəpə şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, toy kortecində olan gəlin maşını maneəyə çırpılıb.

Qəza nəticəsində gəlin xəsarət alıb, o, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top