Bakıda ağaclıq ərazidə baş verən yanğının söndürülmə görüntüləri - FOTOLAR + VİDEO


Fövqəladə Hallar Nazirliyi (FHN) bu gün Bakıda ağaclıq ərazidə baş verən yanğınla bağlı məlumat yayıb.

Yeniavaz.com-un nazirliyin saytına istinadən verdiyi məlumata görə, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsində ağaclıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumat əsasında dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

Yanğınsöndürmə qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın geniş əraziyə yayılmasının qarşısı alınaraq qısa müddətdə söndürülüb. Yanğın nəticəsində 1 hektara yaxın ərazidə quru ot və ağaclar yanıb. Yaxınlıqdakı tikililər və sıx ağaclıq ərazi yanğından mühafizə olunub. Yanğın saat 13:08-də yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


DİGƏR XƏBƏRLƏR

Top