
Rusiya Baltik Donanmasının zenit-raket alayı S-400 hava hücumundan müdafiə sistemlərilə hərbi təlim keçirib.
Yeniavaz.com "Lenta.ru"ya istinadla xəbər verir ki, təlim zamanı S-400 ekipajları, simulyasiya olunan düşmən təyyarələri tərəfindən hava sərhədlərinin pozulması barədə siqnal aldıqdan sonra raketlərlə atəş açılıb. Şərti düşmən hədəfi S-400-lə zərərsizləşdirilib.
Qeyd edək ki, S-400 hava hücumundan müdafiə sistemləri 400 kilometrə qədər hədəfləri vura bilir.