Hacı Əliyev gümüş medal qazandı - YENİLƏNİB

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Tokio-2020 Yay Olimpiya Oyunlarında qızıl medal uğrunda mübarizəyə başlayıb. 

Yeniavaz.com xəbər verir ki, onun rəqibi Yaponiya təmsilçisi Takuto Otoqurodur.

H. Əliyev T.Otoquroya məğlub olub. İdmançımız gümüş medal qazanıb. 


***13:52
Tokio-2020 Olimpiya Oyunlarında Hacı Əliyev final görüşünə çıxır.

Yeniavaz.com xəbər verir ki, güləşçimiz 65 kq çəki dərəcəsində yaponiyalı Takuto Otoquro ilə üz-üzə gələcək. Görüş bu gün Bakı vaxtı ilə saat 14:20-də olacaq. 
Qeyd edək ki, Hacı Əliyev finala qədər Adama Diatta (Seneqal), Daulet Niyazbekov (Qazaxıstan), Bacranq Puniya (Hindistan) qalib gəlib. 

DİGƏR XƏBƏRLƏR

Top