Azərbaycan karateçisi gümüş medal qazandı - YENİLƏNİB


Azərbaycan karateçisi İrina Zaretska Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

61 kq-dan yuxarı çəkidə çıxış edən idmançı finalda Misir təmsilçisi Feryal Abdelazizlə üz-üzə gəlib.

Rəqibinə məğlub olan Zaretska gümüş medalla kifayətlənib.


***15:35
Azərbaycan karateçisi İrina Zaretska Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

61 kq-dan yuxarı çəkidə çıxış edən idmançı yarımfinalda çinli Qonq Li ilə üz-üzə gəlib.

Rəqibinə 7:2 hesabı ilə qalib gələn Zaretska finala yüksəlib.


***12:26
İrina Zaretska Tokio-2020-də ölkəmizin aktivinə növbəti medalı yazdırıb.

Yeniavaz.com xəbər verir ki, karateçimiz qrupda keçirdiyi görüşlərdən 3-də qələbə qazanaraq, yarımfinala yüksəlib. Bununla da o ən azı bürünc medalı təmin etmiş olub.
Qeyd edək ki, bu Azərbaycanın Tokioda qazandığı 6-cı medal olacaq. 

***10:32
Azərbaycan karateçisi İrina Zaretska Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

61 kq-dan yuxarı çəkidə çıxış edən idmançı A qrupundakı ilk döyüşündə italiyalı Silviya Semeraro ilə üz-üzə gəlib.

Zaretska rəqibinə 3:2 hesabı ilə qalib gəlib. O, növbəti qarşılaşmasını Sofya Berultseva (Qazaxıstan) ilə keçirəcək.

Qrupda ilk 2 yerdən birini tutacağı təqdirdə, Azərbaycan təmsilçisi yarımfinala yüksələcək və ən azı bürünc medalı təmin edəcək. (report)

***09:50
Azərbaycan karateçisi İrina Zaretska Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.

61 kq-dan yuxarı çəkidə çıxış edən idmançı A qrupundakı ilk görüşündə yaponiyalı Ayumi Uekusa ilə üz-üzə gəlib.

Zaretska rəqibinə 4:1 hesabı ilə qalib gəlib. O, növbəti döyüşünü Silviya Semeraroya (İtaliya) qarşı keçirəcək.

Qrupda ilk 2 yerdən birini tutacağı təqdirdə, Azərbaycan təmsilçisi yarımfinala yüksələcək və ən azı bürünc medalı təmin edəcək.
(report)

DİGƏR XƏBƏRLƏR

Top