Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələrlə bağlı BMT-dən ÇAĞIRIŞ


BMT Azərbaycan və Ermənistanı sərhəddə davam edən qarşıdurmalar səbəbilə təmkinli olmağa çağırır.
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, bunu BMT baş katibinin müavini Farhan Huk keçirdiyi brifinqdə deyib:
"Tərəfləri təmkinli olmağa, gərginliyi artırmağa yönəlmiş hərəkətlərdən çəkinməyə və problemləri dialoq yolu ilə həll etməyə çağırırıq”.
Qeyd edək ki, Ermənistan tərəfi bir neçə həftədir sərhəddə təxribatlar törətməkdə davam edir. Xüsusilə Kəlbəcər istiqamətində düşmənin atəşkəsi pozaraq Azərbaycan hərbçilərinə qarşı hücuma cəhd edir.
 

DİGƏR XƏBƏRLƏR

Top