FHN-in yanğın-xilasetmə qüvvələrindən ibarət üçüncü qrup Türkiyəyə çatıb - VİDEO - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasının ərazisində baş vermiş yanğınlarla mübarizə məqsədilə dünən yola salınmış Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğın-xilasetmə qüvvələrinin üçüncü qrupu qardaş ölkəyə çatıb.

Fövqəladə Hallar Nazirliyindən Yeniavaz.com-a verilən xəbərə görə, xilasetmə qrup artıq Türkiyə ərazisinə daxil olub və hazırda yanğınların baş verdiyi bölgəyə doğru irəliləyir.

Qeyd edək ki, FHN-in yanğın-xilasetmə qrupunu sərhəddə Türkiyə rəsmiləri ilə yanaşı yerli sakinlər qarşılayıb.


***19:43
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq yanğın-xilasetmə qüvvələrindən ibarət növbəti dördüncü qrupu Türkiyə Respublikasına yola düşüb.

FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin alay komandiri Məmməd Xəlilli jurnalistlərə açıqlamasında 200 nəfərdən ibarət xilasetmə qrupunun qardaş ölkədə baş verən yanğınlarla mübarizə üçün böyük ruh yüksəkliliyi ilə yola düşdüyünü deyib.

Qeyd edək ki, yanğınla mübarizə məqsədilə bundan əvvəl üç xilasetmə qrupu qardaş ölkədə davam edən yanğınların qarşısının alınmasında fəaliyyətini davam etdirir.

(APA)

DİGƏR XƏBƏRLƏR

Top