Ailəsini tərk edən qadının uşaqları nəzarətə götürüldü – Dövlət Komitəsindən AÇIQLAMA


Sosial şəbəkələrdə həyat yoldaşının ailəni tərk etməsinə görə çıxılmaz vəziyyətdə qalan atanın öz uşaqlarını sığınacağa yerləşdirdiyi ilə bağlı məlumat yayılıb.
Yeniavaz.com
xəbər verir ki, “Qadın və Uşaq Sığınacağı” adlı feysbuk səhifəsində çarəsiz qalan atanın öz uşaqlarını sığınacağa yerləşdirməsi ilə bağlı xəbər paylaşılıb. Məlumatda,“Bu dəfə ata çıxılmaz vəziyyətdə qalıb. Həyat yoldaşı uşaqları və onu tərk edib gedəndən çox əziyyətlə övladlarına baxıb. Ata az öncə övladlarını sığınacağa gətirdi. O övladlarına qarın dolusu yemək verə bilmədiyindən, onların təhsillərinin yarımçıq qalmasından, əziyyət çəkdiyi xəstəliyinə görə artıq onlara baxa bilmədiyindən uşaqları sığınacağa vermək qərarına gəlib. Artıq uşaqlar sığınacaqda qalacaq. Bizi ən çox kövrəldən isə ata övladlarının yanında bu sözləri deyəndə böyük oğlunun hönkür-hönkür ağlaması oldu”-deyə bildirilib.
Xəbərlə bağlı Ailə Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi ilə əlaqə saxladıq. Dövlət Komitəsindən Yeniavaz.com-a bildirildi ki, məsələ artıq nəzarətə götürülüb. Uşaqların problemləri, ehtiyacları və təhsili ilə bağlı lazım olan bütün addımlar atılacaq.
 

DİGƏR XƏBƏRLƏR

Top